Salyanda qanunsuz ov edilməsinin qarşısı alındı
    • 6-01-2022, 15:24
    • 315

Salyanda qanunsuz ov edilməsinin qarşısı alındı

Salyanda qanunsuz ov edilməsinin qarşısı alınıb

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən şəxs saxlanılıb. Araşdırmalarla onun Düzənlik kənd sakini Oruc Höküməliyev olduğunu müəyyən edilib.

Həmin şəxsdən bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.