-
- 28-11-2018, 18:11
- 809
Prezident İlham Əliyev xalq rəssamı Tahir Salahovu təbrik edib - FOTO
Prezident İlham Əliyev xalq rəssamı Tahir Salahova təbrik məktubu ünvanlayıb.
Təbrik mətnində deyilir:
"Hörmətli Tahir müəllim!
Sizi – dövrümüzün böyük sənətkarını və tanınmış ictimai xadimi 90 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram.
Müasir rəssamlıq məktəbinin görkəmli nümayəndəsi olaraq Siz uzunmüddətli səmərəli və bənzərsiz yaradıcılığınızla zəngin mədəniyyət salnaməmizə yeni səhifələr yazmış, milli sənət xəzinəmizin qızıl fondunda özünə həmişəlik layiqli yer tutan əsərlərinizlə Azərbaycan təsviri sənətinə geniş şöhrət qazandırmısınız.
“Sərt üslub”un banilərindən biri kimi yaratdığınız sənət nümunələrində insan taleyi vasitəsilə dünyaya, həyata baxışınız və fəlsəfi düşüncələriniz rənglərin ən incə çalarları ilə dolğun ifadəsini tapmışdır. Azərbaycan incəsənətinin çoxəsrlik ənənələrini Avropa boyakarlıq məktəbinin nailiyyətləri ilə birləşdirən, mövzu, forma, janr əlvanlığı və estetik kamilliyi ilə seçilən ecazkar rəsmləriniz ülvi bəşəri dəyərlər və ali məqsədlər naminə humanist fikirlər təlqin edir. Heyrətamiz portret yaradıcılığınız sənətsevərlər tərəfindən daim rəğbətlə qarşılanmışdır. Vətənə məhəbbət dolu silsilə lövhələr, peyzajlar və natürmortlarınızda insanın təbiətlə dərin məna kəsb edən ahəngdar mənəvi vəhdətini əks etdirməyə müvəffəq olmusunuz.
Dünyanın mötəbər muzeylərini, məşhur qalereyalarını bəzəyən və şəxsi kolleksiyalarda saxlanılan əsərlərinizin, hər biri hadisəyə çevrilən fərdi sərgilərinizin Azərbaycan mədəniyyətinin ölkə hüdudlarından uzaqlarda təbliğində böyük rolu vardır. Milli rəssamlığın gələcək inkişafı üçün gənc fırça ustalarının yetişdirilməsi sahəsində xidmətləriniz təqdirə layiqdir.
Sizin çoxşaxəli yaradıcılığınız və məhsuldar ictimai fəaliyyətiniz xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Siz müstəqil Azərbaycan Respublikasının ən ali təltiflərinə – 1998-ci ildə “İstiqlal” və 2008-ci ildə “Heydər Əliyev” ordenlərinə, 2015-ci ildə Heydər Əliyev mükafatına layiq görülmüsünüz. Çoxsaylı beynəlxalq mükafatlarınız da sənətinizə göstərilən ehtiramın parlaq təzahürüdür.
Əminəm ki, mədəniyyətimizin bugünkü simasının müəyyənləşməsində və dünya incəsənətinin inkişafında özünəməxsus mövqeyə malik sənətkar və şəxsiyyət kimi Siz Azərbaycan təsviri sənətinin şöhrətini bundan sonra da yeni zirvələrə ucaldacaqsınız".