Yanğın olan məktəbdə əyani dərslər bərpa olundu
    • 10-01-2022, 10:40
    • 398

Yanğın olan məktəbdə əyani dərslər bərpa olundu

Bakıda ötən həftə yanğın baş verən 84 nömrəli tam orta məktəbdə tədris ənənəvi qaydada davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən News24.az-a verilən məlumata görə, məktəbin işıq, su və istiliklə təminatı normaldır.

Qeyd edək ki, yanvarın 7-də baş verən yanğın səbəbindən məktəbdə tədrisin bir günlük distant qaydada təşkili zərurəti yaranmışdı.