Bakıda yanğın baş verən məktəb DİSTANT TƏDRİSƏ keçdi
    • 7-01-2022, 09:55
    • 346

Bakıda yanğın baş verən məktəb DİSTANT TƏDRİSƏ keçdi

Yanvarın 7-də səhər saatlarında Bakı şəhərindəki Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən News24.az-a verilən xəbərə görə, yanğın məktəbin ikinci mərtəbəsində olub. Məktəbin müəllim və şagird heyəti təxliyə olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğın qısa müddət ərzində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Bu gün məktəbdə dərslərin distant qaydada davam etdirilməsi nəzərdə tutulur.