Prokurorluq tərəfindən 119 şəxs barəsində Amnistiya Aktı tətbiq edilib

Prokurorluq tərəfindən 119 şəxs barəsində Amnistiya Aktı tətbiq edilib Hadisə
Baş Prokurorluq 119 şəxs barəsində amnistiya aktı tətbiq edib.

Bu barədə News24.az-a Baş Prokurorluqdan məlumat verilib.

"Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş 2021-ci il noyabrın 5-də “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın icrası ilə bağlı 2022-ci ili yanvar ayının 1-dək bilavasitə prokurorluq orqanları tərəfindən 119 şəxs barəsində amnistiya aktı tətbiq edilib. Həmin şəxslər cəzadan və ya cinayət məsuliyyətindən azad edilib, cəzaları azaldılıb", - məlumatda deyilir.

Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.

Proses 4 ay müddətində davam etdiriləcək. Amnistiya aktının ümumilikdə 15 min nəfərə şamil olunması gözlənilir.