-
- 10-01-2022, 11:15
- 1 872
SON DƏQİQƏ: Bu nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsi qadağan edildi
Azərbaycana dizel mühərrikli avtobusların idxalı rəsmən qadağan edilib.
News24.az-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. BNA-nın feysbuk səhifəsində qeyd edilib ki, 1 yanvar 2022-ci il tarixindən ölkəyə dizel mühərrikli avtobusların gətirilməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə rəsmən qadağan edilib.
Qeyd edək ki, daha əvvəl Bakıda dizel mühərrikli avtobusların qadağan edilməsi barədə məlumat yayılıb. Belə ki, Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarının 2.1.14-cü yarımbəndində 1 yanvar 2022-ci il tarixindən Bakıda yalnız cng və elektrik mühərrikli avtobusların istimar ediləcəyi bildirilib. Həmin bənddə göstərilir
- Avtobuslar müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməlidir.
Qərarın 8.1-ci bəndində əlavə olaraq qeyd edilir: “Bu Tələblərin 2.1.14-cü yarımbəndi 2022-ci il yanvarın 1-dən qüvvəyə minir”.
Azərbaycana dizel mühərrikli avtobusların idxalının qadağan edilməsinə dair qərar isə hələlik ictimaiyyətə elan edilməyib. Bu barədə ilk dəfə olaraq BNA məlumat yayıb.