"Qalatasaray" Bakıya yollandı
    • 16-09-2020, 12:22
    • 636

"Qalatasaray" Bakıya yollandı

Türkiyənin "Qalatasaray" komandası UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri matç üçün Bakıya yola düşüb. 

News24.az xəbər verir ki, İstanbul təmsilçisi çarter reysi ilə Azərbaycana yollanıb.

Saat 18:00-da baş məşqçi Fatih Terimin mətbuat konfransı, 18:30-da isə "Qalatasaray"ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi nəzərdə tutulub. 

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 21:00-da başlanacaq.