Avropa əhalisinin yarısından çoxu "Omikron"a yoluxacaq - Tarix açıqlandı
    • 11-01-2022, 15:35
    • 360

Avropa əhalisinin yarısından çoxu "Omikron"a yoluxacaq - Tarix açıqlandı

Avropada əhalinin 50 faizindən çoxu yazın həftələrdə "Omikron" ştammına yoluxacaq. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. 

Bildirilib ki, hazırda Avropa və Mərkəzi Asiyanın 53 ölkəsindən 50-də "Omikron" ştammına yoluxma halları qeydə alınıb.  

COVID-19-un bu variantının Qərbi Avropada üstünlük təşkil etdiyi və hazırda Balkan ölkələrinə yayılmağa başladığı qeyd edilib. 

Sağlamlığın Ölçmələri və Qiymətləndirilməsi İnstitutu Avropa Bölgəsi əhalisinin 50 faizindən çoxunun yaxın 6-8 həftə ərzində "omikrona" yoluxacağını proqnozlaşdırıb.