-
- 29-11-2018, 11:04
- 693
Azərbaycan gömrükçüləri İran vətəndaşının daxili oqranında psixotrop maddə aşkar edib
Dövlət Gömrük Komitəsi (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında İrandan gələn bu ölkənin vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb.
DGK-i xəbər verir ki, şifahi sorğu-sual zamanı vətəndaş üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, onun daxili orqanı - düz bağırsağında rezin bükümdə, cəmi 24 ədəd mavi, silindir formalı psixotrop maddə - metilendioksimetamfetamin adlı həblər aşkarlanıb.
Qeyd edək ki, metilendioksimetamfetamin MDMA (ekstazi) maddədir. MDMA "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in I Siyahısına daxildir və 24 ədəd həbdə MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı 0,72 qram təşkil edir.
Faktla bağla araşdırma aparılır.
//Report