Bu gün şəhid olan Ayazın bacısı 7 il əvvəl intihar edibmiş... - FOTO
    • 11-01-2022, 18:26
    • 1 075

Bu gün şəhid olan Ayazın bacısı 7 il əvvəl intihar edibmiş... - FOTO

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Şəhid olan Nəzərov Ayaz Azər oğlu Tovuz rayon Bozalqanlı kəndindəndir.

News24.az xəbər verir ki, “Report”un məlumatına görə, 24 yaşlı Ayaz Nəzərov ailənin 2-ci oğludur. Ondan böyük bir qardaşı var. O, subay olub.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər A.Nəzərov Tovuz rayonunda dəfn olunacaq.

Əlavə edək ki, şəhidimizin ailəsində 7 il əvvəl daha bir faciə yaşanıbmış.


“Qafqazinfo”nun məlumatına görə, A. Nəzərovun bacısı, 1997-ci il təvəllüdlü Aytən Nəzərova 2015-ci ildə toyundan bir neçə gün sonra özünü dəmiryolu körpüsündən ataraq intihar edib. Belə ki, şəhidin bacısı əvvəlcə ailə qurmaq məqsədilə qaçırılıb. Toydan sonra yoxa çıxan Nəzərova isə ailədaxili münaqişə səbəbindən özünü körpüdən ataraq həyatına son qoyub.

Qeyd edək ki, şəhidin bir bacısı olub. Şəhidin valideynləri isə illər əvvəl ayrılıb.

Faktı kəndin bələdiyyə sədri Zahid Tanırverdiyev də təsdiqləyib.





Bu gün şəhid olan Ayazın bacısı 7 il əvvəl intihar edibmiş... -  FOTO