-
- 12-01-2022, 18:05
- 1 032
Həyat yoldaşını doğuşa aparan 24 yaşlı Nusrət öldü – AİLƏ FACİƏSİ
Türkiyənin Antalya şəhərində doğum sancısı çəkən həyat yoldaşını xəstəxanaya aparan təcili tibbi yardım maşınını motosikleti ilə müşayət edən 24 yaşlı Nusrət Özdemir yol qəzasına düşərək vəfat edib.
News24.az-ın məlumatına görə, qəza yanvarın 8-də baş verib. Belə ki, N.Özdemir həyat yoldaşının sancısının tutması səbəbindən həkimləri evinə çağırıb. Həkimlər Selma Özdemirin təcili xəstəxanaya aparılmalı olduğunu və doğumun gerçəkləşəcəyini bildirib. S.Özdemir xəstəxanaya aparılarkən Nusret öz motosikleti ilə təcili yardım maşınını təqib edib. Yolda sürətlə hərəkətdə olarkən onun sürdüyü motosiklet digər avtomobilə çırpılıb.
Yerə yıxılan motosikletçi təxminnə 45 metr yerdə sürünüb. Bu zaman Selmanın olduğu təcili tibbi yardım maşını onun qəzaya düşdüyünü görərək hərəkətini dayandırıb və Nusrətə ilkin tibbi yardım göstərilib. Ərini qan içində görən Selma şok keçirib. Daha sonra onlar ayrı-ayrı təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb.
3 gün ağır vəziyyətdə xəstəxanada qalan 24 yaşlı Nusret gözlərini açanda ona ata olması barədə şad xəbər verilib. Bundan bir qədər sonra isə o, xəstəxanada vəfat edib.