-
- 13-01-2022, 11:30
- 440
2021-ci ildə bu sahədə 65,6 milyon manat GÜZƏŞTLİ KREDİT verilib
"2021-ci ilin yanvar-noyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 7607 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib".
News24.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Kənd təsərrüfatı” aylıq informasiya bülletenində bildirilib.
Qeyd olunur ki, 2021-ci ilin yanvar-noyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda fəaliyyət göstərən 4175 fiziki və hüquqi şəxsə 65,6 milyon manat məbləğində güzəştli kredit verilib. Bundan 39,5 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 2,3 milyon manatı orta-iri həcmli kənd təsərüfatı təyinatlı kreditlər, 23,5 milyon manatı mikrokreditlərdir.
2021-c ilin yanvar-noyabr aylarında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən, həmçinin 194 fermerə 6279 baş damazlıq heyvan alışına 0,26 milyon manat məbləğində kredit və 14,1 milyon manat məbləğində güzəşt vəsaiti ayrılıb.