Azərbaycanda havanın sabitləşəcəyi vaxt açıqlandı
    • 14-01-2022, 11:35
    • 331

Azərbaycanda havanın sabitləşəcəyi vaxt açıqlandı

“Yarım sutka ərzində ölkəyə düşən yağıntının miqdarı yarım aylıq normaya uyğun olub. Qar örtüyünün hündürlüyü isə 22 sm təşkil edib”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O qeyd edib ki, bu gün də yağıntılar davam edəcək və nəticədə daha yüksək qar örtüyü müşahidə ediləcək: “Proses qısa müddətlidir. Bu gün axşam saatlarından başlayaraq ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında yağıntının kəsilməsi proqnozlaşdırılır”. /Report/