YAP Gürcüstanda keçirilən prezident seçkilərinə münasibət bildirib
    • 29-11-2018, 14:42
    • 1 114

YAP Gürcüstanda keçirilən prezident seçkilərinə münasibət bildirib

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Gürcüstanda keçirilən prezident seçkilərinə münasibət bildirib.

YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov açıqlamasında deyib ki, Azərbaycan qonşu dövlət kimi Gürcüstandakı prezident seçkilərinin nəticələrinə hörmətlə yanaşır.
“Bu, gürcü xalqının seçimidir, hörmətlə yanaşmaq lazımdır. Gürcüstanda xalq kimi dövlət başçısı görübsə, ona səs verib, prezident seçib. Azərbaycan da qonşu dövlət kimi ədalətli, qanuni seçilmiş şəxsi qəbul edir”-deyə, S.Novruzov qeyd edib.

Qeyd edək ki, Gürcüstanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunda verilən səslərin 99,7 faizinin hesablandığını açıqlayıb. Hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabaşvili seçicilərin 59,56 faizinin səsini toplayıb. Müxalifətdən olan namizəd Qriqol Vaşadze isə seçicilərin 40,44 faizinin səsini qazanıb.

//Report