Gürcüstanda prezidentliyə namizəd porno sayta reklam yerləşdirdi
    • 11-09-2018, 10:05
    • 947

Gürcüstanda prezidentliyə namizəd porno sayta reklam yerləşdirdi

Gürcüstanda prezidentliyə namizəd Zurab Caparidze seçkiöncəsi kampaniya çərçivəsində qeyri-adi addım atıb. 

 Gürcüstan mətbuatı xəbər verir ki, o, porno saytların birində seçki təşviqatına aid iki banner yerləşdirib.
“Girçi” partiyasından prezidentliyə namizəd irəli sürülən Z. Caparidze bildirib ki, sentyabrın 8-dən pornosayta yerləşdirilən bannerlərə 40 minə yaxın izləyici baxıb. O hesab edir ki, bu, televiziya yaxud küçə reklamından qat-qat effektli reklamdır. 

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək.

//Oxu.az