"Qəbələ"nin sabiq futbolçusu: "Sportinq" "Qarabağ"la görüşün favoritidir"
    • 29-11-2018, 22:30
    • 1 018

"Qəbələ"nin sabiq futbolçusu: "Sportinq" "Qarabağ"la görüşün favoritidir"

"Qarabağ"ı yaxşı tanıyıram. Mən "Qəbələ"də iki il oynadım və bu komanda ilə bir neçə dəfə qarşılaşdım".

Bunu "Qəbələ"nin sabiq qapıçısı Dieqo Koşta Silva Avropa Liqasının V turunda "Qarabağ" və Portuqaliya "Sportinq"i arasında keçiriləcək görüş barədə danışarkən deyib.
39 yaşlı qolkiper Ağdam təmsilçisinin son illərdə böyüməkdə olduğunu vurğulayıb: "Komandanın ardıcıl beş dəfə Azərbaycan çempionu olduğunu söyləmək kifayətdir. Əvvəlki üç çempionluğu qazanan "Neftçi"nin hegemonluğu sona çatdı. "Qarabağ" çox sərmayə qoyub və ölkədə ən böyük futbol gücünə çevirilib. Komanda möhtəşəm bir quruluşa sahibdir".
Braziliyalı oyunçu görüşün favoritini də açıqlayıb: "Son nəticələrinə baxmayaraq, "Sportinq" çox yaxşı vəziyyətdədir. Komandanın daha yaxşı olacağına ümid edirəm. "Sportinq favoritdir. Onların oyunçuları çox yaxşdır. Amma bunu meydanda sübut etməyə məcburdurlar. Portuqaliya futbolunun səviyyəsi yüksəkdir. Azərbaycan futbolundan isə daha böyükdür".
Qeyd edək ki,  Dieqo Koşta Silva "Qəbələ"də 2012 - 2014-cü illərdə çıxış edib.