-
- 17-01-2022, 14:17
- 691
Azərbaycanda bağça müdirəsini şantaj edən jurnalistlər belə yaxalandı – TƏFƏRRÜAT
27 may 2021-ci il tarixdə Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən körpələr evinə gəlib özlərini jurnalist kimi təqdim edərək qanunsuz olaraq yoxlama aparıb körpələr evinin nüfuzuna xələl gətirəcək, həqiqətə uyğun olmayan rüsvayedici məlumatları yaymamaq müqabilində körpələr evinin direktorundan 300 manat məbləğində pul vəsaiti tələb edən şəxslərin məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində N.Məmmədovadan hədə-qorxu ilə pul tələb edən “faktlaşdırma.az” xəbər portalının təsisçisi Alışanov Qurban Ruben oğlu, “AzTV.NEWS” xəbər portalının direktoru Məmmədov Seymur Sahib oğlu, “Araşdırmacı Jurnalist Agentliyi”nin direktoru Qurbanov Elvin Nəsbulla oğlu barəsində Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) maddəsi ilə açılmış iş üzrə aparılan istintaq zamanı bəzi faktlar üzə çıxıb.
Məlum olub ki, həmin şəxslər bağçaya daxil olaraq pandemiya qaydalarına əməl edilmədiyini, müdirənin maska taxmadığını, sanitar-gigiyena qaydalarına əməl edilmədiyini deyərək müəssisənin rəhbərindən pul tələb ediblər. Bununla bağlı polisə müraciət edildikdən sonra əməliyyat keçirilib və həmin şəxslər tutulub.
Məhkəmədə ifadə verən müdirə 1986-cı il təvəllüdlü N.Məmmədova öz işinə həmişə diqqətlə yanaşdığını və heç bir qanunun tələbini pozmadan aparmağa çalışdığını bildirib. O, tanımadığı şəxslərin bağçaya gələrək onu hədələdiyini deyib: “27 may 2021- ci il tarixdə təxminən saat 11 radələri olardı ki, 3 nəfər tanımadığım şəxs özlərini Azərbaycan Respublikası “AZTV-nin” jurnalist əməkdaşları kimi təqdim edərək bağçaya daxil oldular.
Adının sonradan Qurban olduğunu bildiyim şəxs telefonla videoçəkiliş etməyə başladı. Videoçəkiliş aparan jurnalist kimi özünü təqdim edən şəxs mənə maskasız olduğum üçün 4000 manatdan 6000 manata qədər cərimənin düşdüyünü dedi. Onlar bağçada qanunsuz olaraq videoçəkiliş apararaq mənə hədə-qorxu gələrək işlədiyim bağçanının videoçəkilişini sosial şəbəkələrdə paylaşacaqlarını, işimə, yəni işgüzar qanuni fəaliyyətimə xələl gətirəcəklərini bildirdilər”.
Həmin şəxslər daha sonra müdirəyə 500 manat verərsə, bu işi bağlayacaqlarını deyiblər.
N.Məmmədovanın hüquq-mühafizə orqanlarına müraciətindən sonra hədə-qorxu ilə pul tələb edən şəxslər bağçaya yenidən gələrək müdirədən 300 manatı alarkən tutulublar.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəçmovun sədrliyi ilə keçirilən prosesin yekununda təqsirləndirilən şəxslərin hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.