Bakıda ŞOK HADİSƏ - 2 qız 3 kişi ilə birlikdə...
    • 15-10-2019, 11:00
    • 1 241

Bakıda ŞOK HADİSƏ - 2 qız 3 kişi ilə birlikdə...

Bakıda şantajla məşğul olan cinayətkar qruplaşma məsuliyyətə cəlb edilib.

News24.az-ın məlumatına görə, paytaxt ərazisində qabaqcadan əlbir olan dəstə üzvləri İ.Məmmədli adlı şəxsi qrup üzvü olan qadınlardan biri ilə görüşdürdükdən sonra onu şantaj etməyə başlayıblar. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa hədə-qorxu gələrək pul tələb edən dəstənin üzvləri Əliyev Xəqani Sabir oğlu, Əsgərov Əlizamin Şəmsəddin oğlu, Mirzəyeva Elnaz Şəmsəddin qızı, Əhmədova Humay Eldar qızı və Şahmuradov Rizvan Bəxtiyar oğlu saxlanılaraq məsuliyyətə cəlb edilib. Onların barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-ci, yəni, hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə iş açılıb.

Artıq cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılıb və materiallar məhkəməyə göndərilib.

Qeyd edək ki, tutulan şəxslərdən ikisi bacı-qardaşdır.