"Pandemiya düşməsə idi, mən indi ata olmuşdum" - Anar Ağakişiyev - VİDEO
    • 19-01-2022, 11:19
    • 778

"Pandemiya düşməsə idi, mən indi ata olmuşdum" - Anar Ağakişiyev - VİDEO

"Ailə və övlad böyük məsuliyyətdir. Ailə qurmağa hazır deyiləm. Əvvəl çox istəyirdim ki, 2-3 qız övladım, böyük bir ailəm olsun. Bəlkə də pandemiya düşməsə idi, mən indi ata olmuşdum".

News24.az xəbər verir ki, bu sözləri tanınmış stilist Anar Ağakişiyev "MTV Azərbaycan" kanalında yayımılanan "Üzə düz" verilişində deyib.

O, bunu ilk dəfə etiraf etdiyini dilə gətirib: "Baş verənlər qaldı 2019-cu ildə. Həyatımda yeni bir mərhələ başlayacaqdı. Belə məsləhət idi, yəgin belə olmalı imiş. Incitmir məni. Övladlığa uşaq götürmək barədə düşünmürəm, çünki genlərə çox inanıram. Rəsmi nikah bir müddət olmasa da bu normaldır. Amma övladın doğum haqqında şəhadətnaməsində onun ata, anasının adı yazılmalıdır. Cəmiyyətə faydalı övlad verəcəyəmsə, ata olacam. Yoxsa bir işarə olsun deyə ata olum, ata bilməsin ki, övlad harda yatır, yeyir, yox bunu qəti istəmərəm. Mən belə şeylərdə çox qəddaram. Anam mənə cəmi bir dəfə demişdi ki, səni nə zamansa haram yeyən görsəm, əllərini qapının arasına qoyub, qapını bərk bağlayacam..."