230 metr yeraltı rabitə naqilini oğurlayanlar saxlanıldı
    • 21-01-2022, 12:02
    • 218

230 metr yeraltı rabitə naqilini oğurlayanlar saxlanıldı

Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə  yanvarın 17-də Qala qəsəbəsi ərazisində Bakı Telefon Rabitəsi MMC-yə məxsus 230 metr yeraltı rabitə naqilinin kəsilərək oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi və 3-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakinləri Ə.Həsənov, H.Mikayılzadə və T.Süleymanov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.