-
- 22-01-2022, 14:09
- 788
Bakıda ağır cinayətlərin sayı 63 % artıb
Bakıda ağır və xüsusilə ağır cinayətlərin sayı 62,9 % artıb.
Bakı Şəhər Prokurorluğundan News24.az-a bildirilib ki, 2021-ci ildə Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə 12 761 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb. Bu, 2020-ci illə müqayisədə 21,4 % artım deməkdir.
2021-ci ildə Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərin sayının artması müşahidə olunub. Belə ki, 2021-ci il ərzində böyük ictimai təhlükə törətməyən cinayətlərin sayı 110 hadisə (4,1 %) artaraq 2792, az ağır cinayətlərin sayı 1230 hadisə (19,3 %) artaraq 7608, ağır və xüsusilə ağır cinayətlərin sayı isə 912 hadisə (62,9 %) artaraq 2361 hadisə olub.
2021-ci il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə cinayətlərin açılma göstəricisi 86,3 % olub. Bakıda qeydə alınmış 50 qəsdən adam öldürmə cinayətlərinin hamısının açılması təmin edilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərlə bağlı 2021-ci il ərzində ikiqat artım qeydə alınıb.
Ötən il prokurorluq orqanlarında istintaq edilmiş cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş təxminən 4,3 milyon manat maddi ziyandan 756 min manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 33,5 milyon manat ziyanın 21 milyon manatı ödənilib.