"Təkcə xəngələ görə Azərbaycana köçərəm"- TÜRK ULDUZLARI BAKIDA- FOTO/VİDEO
    • 22-01-2022, 16:38
    • 3 132

"Təkcə xəngələ görə Azərbaycana köçərəm"- TÜRK ULDUZLARI BAKIDA- FOTO/VİDEO

 “Aşkı-memnu” serialında canlandırdığı Nihal obrazı ilə məşhurlaşan türkiyəli aktrisa Hazal Kaya Bakıda qonaq olub.  

News24.az
xəbər verir ki, aktrisa həmkarları Enis Arıkan, Selin Şekerci ilə birlikdə rol aldığı “Benden ne olur?” filminin premyerasına qatılıb.  “Park Cinema”da baş tutan qala gecəsində H. Kaya bildirib ki, Bakını çox sevib. 

E. Arıkan isə qeyd edib ki, milli mətbəximizdən olan xəngəli çox bəyənib. O məşhurlara verilən özəl bilərzikdən də söhbət açıb. 
Ekran işində rol alan və eyni adlı romanın müəllifi Aslı Kızmaz da Bakı təəssüratlarının yüksək olduğunu, xəngəl üçün ölkəmizə köçə biləcəyini dilə gətirib.