Masallı sakinlərindən qanunsuz silah götürüldü
    • 24-01-2022, 09:22
    • 390

Masallı sakinlərindən qanunsuz silah götürüldü

Masallı sakinlərində odlu silahlar aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri - E.Cabbarov, Z.İsayev, X.Əliyev, N.Rəhmətov və H.Yağubovdan qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 5 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Silahlar aidiyyəti üzrə təhvil verilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.