Cəlilabad sakinlərindən qanunsuz silahlar aşkarlandı
    • 14-12-2021, 08:35
    • 392

Cəlilabad sakinlərindən qanunsuz silahlar aşkarlandı

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri N.Qardaşxanov və X.Feyziyevdən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Silahlar aidiyyəti üzrə təhvil verilib. Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırma aparılır.