Quzanlıda kafedə yanğın - Video
    • 24-01-2022, 17:46
    • 389

Quzanlıda kafedə yanğın - Video

Ağdamın Quzanlı qəsəbəsində kafedə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) News24.az-a verilən məlumata görə, dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının taxta konstruksiyalardan ibarət kafedə baş verdiyi və onun hər an kafeyə bitişik fərdi yaşayış evinə keçmə təhlükəsinin olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 40 kv.m olan kafenin 12 kv.m sahədə yanar konstruksiyaları və dam örtüyü yanıb, yüksək temperaturdan kafenin daxili arakəsmələri 5 kv.m sahədə deformasiyaya uğrayıb.

Kafenin qalan hissəsi və ona bitişik yaşayış evi yanğından mühafizə olunub.