Bakıda yolu suladılar, sürətlə gələn avtomobil sürüşüb dəhşətli qəza törətdi – VİDEO
    • 25-01-2022, 11:27
    • 462

Bakıda yolu suladılar, sürətlə gələn avtomobil sürüşüb dəhşətli qəza törətdi – VİDEO

Bakıda sürüşkən yolda baş vermiş ağır yol qəzasının görüntüləri yayılıb.

News24.az-ın məlumatına görə, Bakıətrafı qəsəbələrdən birində sakinlər yolun hərəkət hissəsinə su töküblər. Sakinlərin ərazidən toz qalxmaması üçün yolu sulaması isə ağır qəzaya səbəb olub.

Belə ki, sürətlə hərəkət edən “VAZ 2107” markalı avtomobil quru yoldan sürüşkən hissəyə keçən kimi idarəetməni itirb. Sürüşən maşın yolun kənarındakı dirəyə və divara çırpılıb.

Bildirilir ki, hadisə nəticəsində sürücü vəfat edib.

Faktla bağlı araşdırma aparılır.