-
- 26-01-2022, 13:56
- 399
Gürcüstanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində - FOTO
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Bakı Ali Neft Məktəbində (BANM) olub. BANM-in rektoru Elmar Qasımov bu ali məktəbin kampusu ilə tanış olan səfirə burada yaradılan modern tədris şəraiti və tədqiqat mühiti ilə bağlı ətraflı məlumat verib.
BANM-dən News24.az-a bildiriblər ki, görüşdə E.Qasımov iki ölkə arasında mövcud olan münasibətlərdən bəhs edib. O, Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin zəngin tarixə malik olduğunu vurğulayıb. Təhsil sahəsində əməkdaşlığın vacibliyinə toxunan rektor qeyd edib ki, Bakı Ali Neft Məktəbinin məzunları SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, eyni zamanda, transmilli şirkətlərdə çalışırlar. BANM ən müasir texnologiyalar və peşəkar pedaqoji heyətlə təmin olunmuş innovativ təhsil müəssisəsi kimi inkişaf edib.
Azərbaycanın Gürcüstan üçün mühüm strateji tərəfdaş olduğunu söyləyən Zurab Pataradze gürcüstanlı gənclərin Bakı Ali Neft Məktəbində təhsil almalarında maraqlı olduqlarını ifadə edib və bu istiqamətdə hər cür dəstək verəcəklərini bildirib.
Səfir SOCAR-ın Gürcüstanda neft sektorunun ən böyük investoru və ölkənin ən böyük vergi ödəyicilərindən biri olduğunu vurğulayıb. Bildirilib ki, şirkətin həyata keçirdiyi layihələr iki ölkə arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə töhfələr verir.
Sonra rektor Elmar Qasımov ali məktəbin “Fəxri qonaq” plaketini səfir Zurab Pataradzeyə təqdim edib.