“Özünü narahat hiss edən şəxslər evdə qalmalı və təcrid olunmalıdırlar” - Təyyar Eyvazov
    • 26-01-2022, 15:24
    • 500

“Özünü narahat hiss edən şəxslər evdə qalmalı və təcrid olunmalıdırlar” - Təyyar Eyvazov

“Payız-qış fəslində digər respirator viruslar da inkişaf edir. Koronavirusun əlamətləri də həmin xəstəliklərin əlamətləri ilə oxşardır”

News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, oxşar əlamətləri xəstəlik üzrə fərqləndirmək çətin olur: “Ona görə də özünü narahat hiss edən şəxslərin evdə qalmaları məsləhətdir. Özlərini mütləq təcrid etməlidirlər. Maska taxmalı, otağın havası tez-tez dəyişdirilməli, gigiyenik qaydalara ciddi əməl etməli və ailə həkimə müraciət etmək lazımdır. Həmin şəxslərin koronavirus və ya digər xəstəlikdən əziyyət çəkməsi müəyyənləşdirilməlidir. Ehtiyac olduğu təqdirdə test götürülə bilər”.

“Ev daxilində olan insanların xəstəliyə qarşı statusu fərqli ola bilər. Çünki insanlar fərqli doza ala, yaxud peyvəndə qarşı həssaslığı ola bilər. Buster doza alanlar xəstəliyi yüngül keçirir, eləcə də xəstəliyi yayma ehtimalı da aşağı düşür. Odur ki, əvvəlki dozalar qüvvətliliyini itirdiyindən, “Omikron” ştamının yoluxuculuğunu nəzərə alaraq buster doza qəbul edilməlidir”, - o vurğulayıb.