-
- 30-11-2018, 12:51
- 1 386
Kərim Elzaya: "Canım, çaşma"
Müğənni Kərim Abasovla əməkdar artist Elza Seyidcahanın arasında yaranmış gərginlik daha da böyüyür.
Bir müddət öncə müğənni Damlaya görə araları dəyən ikilinin münasibəti daha da kəskinləşib. Bu barədə Kərim Abasov "Hər şey daxil" verilişində danışıb. Abasov bildirib ki, E.Seyidcahan nalayiq ifadələr işlədib və onu döydürməklə hədələyib:
"Srağagün Nadir Qafarzadə mən yığdı ki, gəl, görüşək. Gördüm ki, nəsə bu söhbətdən iy gəlir. Təzədən yığdım ki, Nadir, Elza orada yoxdur? Gəlib evin qabağına çatanda zəng vurdum ki, burdayam. Dedi, gözlə, düşürəm dalınca. O kəlmədən sonra hiss etdim ki, burada nəsə var. Nadir gəldi, yuxarı qalxanda gördüm ki, Rəşad İlyasov və xanımı da buradadır. Birdən gördüm ki, qara rəngdə bir şey oturub. Sən demə bu Elza imiş. Gecə saat on ikinin yarısı idi. Dedim, ay Nadir, məni niyə bura çağırdın? Durub çıxmaq istəyəndə Rəşadla Nadir qabağıma durdular. Bu məqamda Elza Seyidcahan özünə yaraşan tərzdə təhqiramiz ifadələr işlətdi. O təhqiri mənə yox, öz ailə üzvlərinə etdi. Dala qayıdıb dedim ki, o dediyin ifadə sənə aiddir. Bildirdi ki, səni döydürərəm. Dedim ki, bu sözü sənə yedirdəcəyəm.Deyir, sən qadın döyənsən. Mənim qadın döyməyimi harda görmüsən? Rasim Balayev kimi sənətkar sən barədə deyir ki, biri buna dur deməlidir. Mən o sözdən sonra mikrofonu qoyub, şou biznesi tərk edərəm. Yadında saxla, sən heç kimsən ki məni döydürəsən. Canım, çaşma".
News24.Az