Xaçmaz sakinindən yarım kiloqrama yaxın narkotik vasitələr AŞKARLANDI -FOTO
    • 27-01-2022, 12:18
    • 351

Xaçmaz sakinindən yarım kiloqrama yaxın narkotik vasitələr AŞKARLANDI -FOTO

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib,  keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən Xaçmaz rayon sakini Mehman Musayev və Quba rayon sakini Həmid Həmidov saxlanılıblar. Həmin şəxslərin üzərinə baxış keçirilən zaman ümumilikdə yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana və heroin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.