Polis metroda maska taxmayan şəxslərə qarşı reyd keçirdi - VİDEO
    • 27-01-2022, 13:14
    • 441

Polis metroda maska taxmayan şəxslərə qarşı reyd keçirdi - VİDEO

Polis metropolitendə kütləvi maarifləndirmə tədbirləri keçirib.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb.

Bildirilib ki, inzibati cəza protokolu tərtib olunmayıb:

“Metropolitendə polis şöbəsinin və inzibati ərazilərdə xidmətə cəlb olunan əməkdaşlardan ibarət naryad qrupları tərəfindən tibbi maskadan düzgün istifadə etməyən, polis gördükdə dərhal “maskadan istifadə edirəm, maskam var” deyən şəxslərə koronavirus infeksiyasının fəsadları izah olunub”.