Metroda maska reydi - VİDEO
    • 1-11-2021, 18:32
    • 447

Metroda maska reydi - VİDEO

Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə mülki geyimli polis əməkdaşları metropolitendə tibbi maskadan istifadə etməyən şəxslərlə bağlı nəzarət-profilaktik tədbirləri gücləndirib.

DİN-in Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunur. Hərəkət iştirakçılarını qaydalara əmələ etməyə çağırırıq. Tədbirlər fasiləsiz davam etdiriləcəkdir.