Maska taxmayan sərnişinlər avtobusdan düşürüldü - Video
    • 14-07-2021, 18:46
    • 622

Maska taxmayan sərnişinlər avtobusdan düşürüldü - Video

Bu gün Sumqayıtda polis avtobus və taksilərdə maska taxılmasına nəzarət üçün reyd keçirilib.

DİN Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə,  reyd zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.

Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.