AMEA-da yeni təyinatlar
    • 27-01-2022, 14:33
    • 404

AMEA-da yeni təyinatlar

Akademik Gövhər Baxşəliyeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezident vəzifəsini müvəqqəti icra edən təyin olunub.

News24.az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyəti qərar verib.

Eyni zamanda, İctimai Elmlər Bölməsinə rəhbərlik də akademik Gövhər Baxşəliyevaya həvalə olunub.

Eyni zamanda da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyliyə yeni vəzifə verilib.

Akademiyanın Rəyasət Heyətinin iclasında AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin ayrı-ayrılıqda fəaliyyət göstərməsi haqqında qərar qəbul olunub.

Beləliklə, qərara uyğun olaraq Humanitar Elmlər Bölməsinə rəhbərlik akademik İsa Həbibbəyliyə həvalə olunub.

Qeyd edək ki, İctimai Elmlər Bölməsinə rəhbərlik isə akademik Gövhər Baxşəliyevaya tapşırılıb.