Gəncədə 11 yaşlı qızına təcavüz edən ataya AĞIR CƏZA
    • 28-01-2022, 12:03
    • 1 155

Gəncədə 11 yaşlı qızına təcavüz edən ataya AĞIR CƏZA

Gəncədə azyaşlı övladına qarşı seksual xarakterli zorakılıq əhərəkətləri etmiş 1981-ci il təvəllüdlü Elşən Quliyev (şərti adlı) barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, bir neçə gün əvvəl başa çatan məhkəmə prosesinin yekununda E.Quliyev Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri - 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 

Qeyd edək ki, övladına qarşı iyrənc əməl törətmiş şəxs Gəncə şəhər MKTİBdə fəhlə işləyib. O, adətən gecə saat 3-dən gündüz 11-dək işdə olub. 02 avqust 2021-ci il tarixdə saat 11 radələrində işdən yaşadığı evə gələn E.Quliyev həyat yoldaşınnı böyük qızı ilə həkimə getməsindən istifadə edərək evdə yatmış oğlunu çörək almaq adı ilə evdən göndərib.

Daha sonra 2010-cu il təvəllüdlü qızı ilə mənzildə tək qalan Elşən cinsi ehtirasını təmin etmək məqsədilə 11 yaşlı qızının başından bir neçə zərbə vuraraq onun müqavimətini qırıb və seksual xarakterli zorakılıq hərəkətləri edib.

Azyaşlı qız atasının etdikləri barədə ilk olaraq böyük bacısına bildirib. Böyük bacısının bu barədə anasına və bibisinə məlumat verməsindən sonra polisə müraciət edilib və cinayət işi açılıb.

E.Quliyev ailəsi ilə müansibətlərinin normal olduğunu, deyilənlərin hamısının yalan olduğunu, övladına qarşı heç bir cinsi zorakılıq hərəkətləri etmədiyini bildirib.