Bakıda seksual manyakdan azyaşlı qıza qarşı İYRƏNC HƏRƏKƏT
    • 27-02-2020, 15:12
    • 2 091

Bakıda seksual manyakdan azyaşlı qıza qarşı İYRƏNC HƏRƏKƏT

Bakıda azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq əməlləri törətmiş şəxs barəsində cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, paytaxt sakini Hüseynov Eyvaz Sultan oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü, yəni, seksual xarakterli zorakılıq hərəkətləri - 14 yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsi ilə iş açılıb.

Belə ki, azyaşlı İ.Məmmədovanın (şərti) ailəsi Eyvaz adlı şəxsin onların körpə qızına qarşı seksual zorakılıq etməsi barəsində polisə müraciət edib.

Bundan sonra seksual manyak müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilib. Günahı sübuta yetirilərsə onu 8 ildən 15 ilədək həbs cəzası gözləyir.