DİN gecə klubundakı dava ilə bağlı məlumat yaydı
    • 29-01-2022, 12:06
    • 527

DİN gecə klubundakı dava ilə bağlı məlumat yaydı

Paytaxtın Nizami rayonunda guya gecə klubunda ərəb turistlərlə ölkə vətəndaşları arasında kütləvi davanın baş verməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, insident ölkəmizə turist kimi gələn 4 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı arasında baş verib. Onlar arasında mübahisə isə gecə klubunda yox, obyektdən kənarda baş verib. Mübahisə zamanı həmin şəxslər bir-birilərinə fiziki zor tətbiq etməyiblər. Hadisə zamanı  xidmətdə olan olan Nizami RPİ-nin əməkdaşları onları ərazi üzrə 25-ci Polis Şöbəsinə dəvət ediblər. Şöbədə tərcüməçinin iştirakı ilə onların izahatları alınıb və turistlər bir-birilərindən şikayət etmədikləri bildiriblər. İzahatları alınandan sonra isə həmin şəxslər sərbəst buraxılıblar.