FHN Gəncədə təlim keçirdi - Fotolar
    • 29-01-2022, 15:02
    • 361

FHN Gəncədə təlim keçirdi - Fotolar

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində “Yanğınlar zamanı qəza-xilasetmə əməliyyatları” mövzusunda təlim keçirilib.

News24.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Təlimin keçirilməsində əsas məqsəd əməkdaşların yanğınla mübarizə, o cümlədən yanğın zamanı zərərçəkmişlərin xilas edilərək təhlükəsiz əraziyə təxliyə edilməsi və onlara ilkin tibbi yardımın göstərilməsi, qəza-xilasetmə əməliyyatları üzrə idarəetmə vərdişlərinin daha da təkmilləşdirilməsi olub.
Təlim zamanı şərti yanğın baş vermiş binada yanğınla mübarizə tədbirləri, o cümlədən “zərərçəkmişlərin təxliyə edilməsi, onlara təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi” üzrə əməliyyatlar, həmçinin qarşıya qoyulmuş digər tapşırıqlar uğurla icra edilib.

Yekunda təlimin nəticələri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.