Müdafiə Nazirliyi: "Kəlbəcərdə yolu azan hərbi qulluqçunun axtarışı davam edir"
    • 31-01-2022, 11:45
    • 368

Müdafiə Nazirliyi: "Kəlbəcərdə yolu azan hərbi qulluqçunun axtarışı davam edir"

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azan hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlunun axtarışı aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam edir.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında tapılan digər üç hərbçimiz isə artıq helikopterlə təxliyə edilərək Bakı şəhərində yerləşən hərbi hospitala yerləşdirilib.

Hərbi qulluqçularımızın müalicəsi ixtisaslaşdırılmış həkimlərin nəzarəti altında davam edir və onların səhhətində həyati təhlükə yoxdur", - nazirlikdən bildirilib.