Azərbaycanda əcnəbilərin ov etməsinə dair tələblər sərtləşdirilir
    • 2-02-2022, 13:07
    • 479

Azərbaycanda əcnəbilərin ov etməsinə dair tələblər sərtləşdirilir

"Azərbaycana ov üçün gələn turistlərin 3 kateqoriya üzrə bölünməsi nəzərdə tutulur. Yaşıl, sarı və qırmızı zonanın yaradılması planlaşdırılır".

News24.az xəbər verir ki, bunu Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının sədri Ramin Zamanov deyib.

Onun sözlərinə görə, ilk qrup yaşıl zonaya şamil ediləcək: "Burada ovçuluq lisenziyası alıb və heç bir qayda pozuntusuna yol verməyən əcnəbilər daxil ediləcək. Sarı zonaya daxil olanlar müəyyən qədər qanun pozuntusuna cəhd edən, qırmızı zonaya isə ciddi qanun pozuntusu edənlər şamil ediləcək".

R.Zamanov əlavə edib ki, qırmızı zonaya daxil olan turistlər barədə ciddi tədbirlərin görülməsi planlaşdırılır: "Bunun üçün beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq niyyətindəyik. Həmin siyahıda olanlar ölkəmizə gələndə artıq onlar barədə məlumatlı ola bilərik".