"44 günlük müharibə özünəinamlı gənclik formalaşdırdı" - NAZİR MÜAVİNİ - FOTO - VİDEO
    • 2-02-2022, 13:29
    • 6 220

"44 günlük müharibə özünəinamlı gənclik formalaşdırdı" - NAZİR MÜAVİNİ - FOTO - VİDEO

Bu gün Gənclər günüdür. O gənclər ki, 44 günlük Vətən müharibəsində Azərbaycan tarixinə adlarını əbədi yazdılar. O gənclər ki, ölkəmizin azadlığı, bütövlüyü üçün canlarını sipərə, əzmini, inamını qalxana çevirdilər. Düşmən qarşısında mübariz, yenilməz dayandılar. Həm canlı savaşda, həm informasiya müharibəsində, həm Azərbaycanın haqq sözünü dünyaya bəyan etməkdə yorulmadan, usanmadan mücadilə verdilər. 

Həmsöhbətimiz, Gənclər və idman nazirinin müavini İndira Hacıyeva demiş, özünə əmin, Vətəninə güvənən, xalqına arxa, dayaq olan bir güc kimi nələrə qadir olduqlarını nümayiş etdirdilər. 

Bəs, bü gün onlar nə düşünür? Hansı qayğılar, hansı problemlərlə üz-üzədir? 

Bütün bunları nazir müavini News24.az-la paylaşdı.

İndira xanımla bu mövzudakı videomüsahibəmizi təqdim edirik: