-
- 4-02-2022, 15:23
- 547
"Məktəblərin bağlanmasına səbəb olacaq problem yoxdur” - TƏHSİL NAZİRLİYİ
Təhsil Nazirliyi koronavirusun yeni ştamı “Omikron”un sürətli yoluxma qabiliyyətliliyi səbəbindən məktəblərin bağlanıb-bağlanmayacağı məsələsinə aydınlıq gətirib.
News24.az-ın xəbərinə görə, nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib ki, hazırda ölkədə 9 məktəb distant tədrisə keçib.
Onun sözlərinə görə, bu, fevralın 2-nə olan məlumatdır.
Şöbə müdirinin sözlərinə görə, 299 sinif də tədrisi onlayn formada davam etdirir: “Bir həftə ərzində onlar distant tədrisdə olacaq: “Hazırda statistika göstərir ki, yoluxma sayı əvvəlki aylarla müqayisədə nisbətən çoxdur. Lakin sağalanların çox olduğunu nəzərə alsaq, hazırda məktəblərdə yoluxma vəziyyəti nəzarət altındadır. Ümumilikdə məktəblərin bağlanmasına səbəb olacaq problem yoxdur”.