-
- 20-11-2021, 11:19
- 1 522
Təhsil Naziri AÇIQLADI: Yalnız bu halda MƏKTƏBLƏR BAĞLANACAQ
"Məktəblərdə yoluxma halı baş verdikdə təhsil müəssisəsi bununla bağlı həm Təhsil Nazirliyini, həm də Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin aidiyyəti yerli bölməsini məlumatlandırır. Bundan sonra epidemioloqların verdiyi qərar əsasında məktəb və ya sininf bağlanır".
News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.
Nazir məktəblərin qapanması məsələsinə aydınlıq gətirib: "Adətən sinifdaili yoluxma olduqda iki həftəlik distant təhsilə keçilir. Məktəblərdə 6-7 müəllim arasında yoluxma varsa, onların tədris etdiyi siniflərin sayı təhlil olunur. Məhz bu səbəbdən ayrı-ayrı sinif və məktəblərdə distant təhsilə keçid olur. Təxminən 50-yə qədər məktəbdə belə hallar müşahidə edilib. Əsasən, böyük şəhərləri nümunə deyə bilərik. Böyük şəhərlərdə sıxlıq olduğu üçün bu, normaldır. Ümumilikdə Azərbaycanda 4450-yə yaxın məktəbin olmasını nəzərə alsaq, 50-yə yaxın məktəbin distant təhsilə keçməsi böyük rəqəm deyil. Ümumi məktəblərin heç 1 faizi də deyil. Distant təhsilə keçid halları artmadığı halda biz eyni mexanizmlə davam edəcəyik".