Vilnüsdə 13 yanvar qurbanlarının xatirəsi yad edildi - FOTO
    • 4-02-2022, 18:50
    • 561

Vilnüsdə 13 yanvar qurbanlarının xatirəsi yad edildi - FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Litva Respublikasına rəsmi səfəri çərçivəsində Vilnüs şəhərində 1990-cı il 13 yanvar qurbanlarının xatirəsini yad edib.

Bu barədə News24.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Fevralın 4-də "Antakalnio" məzarlığına gələn Milli Məclisin sədri və nümayəndə heyətinin üzvləri 13 yanvar qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidənin önünə əklil qoyublar.