Ukrayna XİN: Azərbaycanla strateji əlaqələri dərinləşdirməyə davam edirik
    • 6-02-2022, 10:50
    • 565

Ukrayna XİN: Azərbaycanla strateji əlaqələri dərinləşdirməyə davam edirik

Ukraynanın Xarici İşlər Nazirliyi (XİN) tviter hesabında Azərbaycan Respublikası ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə paylaşım edib.

News24.az xəbər verir ki, paylaşımda hər iki dövlətin dost və strateji tərəfdaşlıq münasibətləri vurğulanıb. “Biz strateji əlaqələrimizi və ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığımızı dərinləşdirməyə davam edirik!”, - XİN-in paylaşımında qeyd olunub.