XİN: Dost Ukrayna hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq
    • 6-02-2022, 11:09
    • 743

XİN: Dost Ukrayna hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq

"Bu gün Azərbaycan və Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə dost Ukrayna hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Biz strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik!".

News24.az xəbər verir ki, bu fikirlər Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) tviterdəki paylaşımında deyilir.