Makrondan Azərbaycanın 8 erməni hərbçini qaytarması ilə bağlı paylaşım
    • 7-02-2022, 14:59
    • 491

Makrondan Azərbaycanın 8 erməni hərbçini qaytarması ilə bağlı paylaşım

Fransa prezidenti Emmanuel Makron Azərbaycanın 8 erməni hərbçini qarşı tərəfə təhvil verməsi ilə bağlı paylaşım edib.

News24.az xəbər verir ki, Fransa prezidenti bu barədə "Twitter"də paylaşım edib. 

Paylaşımda deyilir: 

"Səkkiz erməni saxlanılan Azərbaycan tərəfindən sərbəst buraxılaraq Bakıdan İrəvana yola salınıb. Onlar bir neçə aydır ayrıldıqları ailələrinə qovuşurlar. Diplomatlarımıza, eləcə də bu əməliyyatda səfərbər olan əsgərlərimizə təşəkkür edirəm. Biz irəli gedirik", - deyə Fransa Prezidenti paylaşımında qeyd edib".