Sabah Bakı və Abşeronun bir hissəsində su kəsiləcək
    • 19-12-2019, 18:38
    • 657

Sabah Bakı və Abşeronun bir hissəsində su kəsiləcək

Magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar sabah Abşeron rayonunun Ceyranbatan, Masazır və Saray qəsəbələrinə, həmçinin Bakıın Binəqədi qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Bu barədə News24.az-a "Azərsu" ASC-dən məlumat verilib.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.