“Bu mahnıya görə dedilər, Soveti bəyənmir” - Video
    • 7-02-2022, 17:29
    • 1 320

“Bu mahnıya görə dedilər, Soveti bəyənmir” - Video

Xalq artisti Flora Kərimova növbəti paylaşımı ilə diqqət çəkib.

News24.az Olay-a istinadən xəbər verir ki, sənətçi "Bayatılar” klipindən görüntüləri paylaşaraq bu sözləri qeyd edib:

“Bu da bir başqa “baş ağrısı” gətirən mahnılarımdandır. Tutdular bayatının sözündən ki, Flora Soveti bəyənmir, bizi namərd sayıb, qürbətə qaçır. Altı ay nədir, il nədir, illərlə bütün efirlərdən, qastrollardan, konsertlərdən səsimi kəsdilər”.