Azərbaycan derbisini "Qarabağ" qazandı  - FOTO - YENİLƏNDİ
    • 7-02-2022, 21:12
    • 366

Azərbaycan derbisini "Qarabağ" qazandı - FOTO - YENİLƏNDİ

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı start götürüb.

News24.az-ın məlumatına görə, son çempion “Neftçi” çempionatın lideri “Qarabağ”ı qəbul edib.

Cari mövsümdə rəqibindən xal ala bilməyən Samir Abasovun komandası uğursuz seriyanı yenə qıra bilməyib.

Kadi Borqesin dublu ağdamlıları iki top fərqilə önə keçirib. Son dəqiqələrdə fərqi minimuma endirən “Neftçi” bərabərlik topu üçün təzyiqi artırsa da, istəyinə çata bilməyib. Bununla “Qarabağ” çempionluq yolunda daha bir önəmli addım atıb. “Neftçi” 4-cü pilləyə yuvarlanıb.

***21:00

"Neftçi"-"Qarabağ" qarşılaşmasında ilk hissə başa çatıb. 

News24.az xəbər verir ki, "Qarabağ" fasiləyə 1 qolluq üstünlüklə gedib.

***19:40

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı start götürüb.

News24.az-ın məlumatına görə, son çempion “Neftçi” çempionatın lideri “Qarabağ”ı qəbul edir.

"Köhlən atlar" hesabda önə keçib. Oyunun 25-ci dəqiqəsində braziliyalı hücumçu Kadi Borqes fərqlənib 0-1.

FOTO: Teymur Məmmədov